Bu il təhsildə keyfiyyət təminatı ilə bağlı hansı dəyişikliklər olub?

26 Dekabr, 2025 - 12:00
Bu il təhsildə keyfiyyət təminatı ilə bağlı hansı dəyişikliklər olub?

“Cari ildə TKTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na dəyişiklik edilməsi ilə əlaqəli təklif layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra təsdiq üçün NK-ya təqdim olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”nın yenilənməsi, təkmilləşdirilməsi istiqamətində TKTA tərəfindən zəruri addımlar atılıb və müxtəlif maraqlı tərəflərlə keçirilmiş görüşlər əsasında layihə təkmilləşdirilib:

“Eyni zamanda, TKTA tərəfindən ilk dəfə olaraq “Orta ixtisas təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Orta ixtisas təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” hazırlanmışdır”.