Bu il xaricdə alınan diplomların neçəsi saxta olub?

16 Aprel, 2026 - 15:41
Bu il xaricdə alınan diplomların neçəsi saxta olub?

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub, onlardan 1050-si barədə müsbət qərar verilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, müraciəti mənfi qərarla yekunlaşan 10 nəfərin diplomu saxta olduğu üçün tanınmayıb.

Bundan əlavə, 3 müraciətçi akkreditasiyasız ali təhsil müəssisəsi, 2 müraciətçi isə lisenziyasız Bakı filialı səbəbilə imtina alıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.