Bu ilin sonunadək Azərbaycan dilinin orfoepiya lüğəti çap edilə bilər

18 Fevral, 2026 - 12:12
Bu ilin sonunadək Azərbaycan dilinin orfoepiya lüğəti çap edilə bilər

Azərbaycan dilinin orfoepiya lüğətinin 2026-cı ilin sonunadək hazırlanması planlaşdırılır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AMEA-nın prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.

Akademik Azərbaycan dilinin daxili imkanlar hesabına zənginləşdirilməsi istiqamətində addımların atılmasını vacib sayıb:

"Daxili imkanlardan biri də söz yaradıcılığıdır. Söz yaradıcılığı nə qədər inkişaf edərsə, dil də o qədər zənginləşər. Yazarlar və dilçilərin bu istiqamətdə iş görməsi yaxşı olardı".