Bu kollecdə yeni təyinatlar olub

3 Dekabr, 2025 - 15:07
Bu kollecdə yeni təyinatlar olub

Dekabrın 3-də ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, iclasda kollecin rəhbərliyi və şöbə müdirləri, fənn birləşmə komissiyasının sədrləri və tyutorlar iştirak ediblər. 

İclası giriş sözü ilə açan kollecin direktoru, professor Nasim Abışov pedaqoji heyəti salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış edib.

İlkin məlumatdan sonra kollecdə şöbə müdirləri, tədris hissə müdiri, inzibati təsərrüfat işləri üzrə direktor müavini, komendant və monitorinq, qiymətləndirmə və qeydiyyat bölməsi vəzifələrinə yeni təyinatlar olub. Bununla bərabər, N.Abışov kollecdə idarəetmənin təkmilləşdirilməsi, tədris prosesinin keyfiyyətinin artırılması, hesabatlılığın gücləndirilməsi və nizam-intizam  qaydalarına ciddi əməl olunması ilə əlaqədar məsələlərdən ətraflı danışılıb.

Sonda bu məsələlərlə əlaqədar digər çıxışlar da eşidilib. 

Bu kollecdə yeni təyinatlar olub
Bu kollecdə yeni təyinatlar olub
Bu kollecdə yeni təyinatlar olub