Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar
Dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində təhsil alan xarici tələbələrin sayı açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" statistik məcmuəsində yer alıb.
Məlumata görə, 2024-2025-ci tədris ilində dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 176 xarici tələbə təhsil alıb. Onlardan 3 nəfər Qazaxıstan, 1 nəfər Özbəkistan, 62 nəfər Rusiya, 1 nəfər Moldova, 1 nəfər Türkmənistan, 3 nəfər Ukrayna, həmçinin 93 nəfər Gürcüstan, 1 nəfər İsrail, 6 nəfər İran, 2 nəfər Əfqanıstan, 3 nəfər isə Türkiyədəndir.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində isə kolleclərdə 148 əcnəbi tələbə təhsil alıb.

