Bu universitetdə müəllimlərin əməkhaqları ARTIRILDI
Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul edilib.
Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb.
Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:
- Professor 2150 AZN
- Dosent 1700 AZN
- Baş müəllim 1500 AZN
- Müəllim 1350 AZN
Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib.
Əməkdaşlar yanvar ayının 1-dən əməkhaqlarını artımla alacaqlar.



