Bülövqaya tədqiqatları yeni elmi faktlar ortaya qoyub

21 İyul, 2026 - 16:37
Bülövqaya tədqiqatları yeni elmi faktlar ortaya qoyub

Babək rayonunun Göynük kəndi yaxınlığında, dəniz səviyyəsindən 1430–1450 metr yüksəklikdə yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar başa çatmaq üzrədir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə ekspedisiyanın rəhbəri, arxeoloq Vəli Baxşəliyev bildirib. O deyib ki, aparılan araşdırmalar Naxçıvanda yaşamış qədim tayfaların mədəniyyəti, təsərrüfat həyatı və bölgələrarası əlaqələrinin öyrənilməsi baxımından mühüm elmi nəticələr ortaya qoyub.

Onun sözlərinə görə, tədqiqatlar Bülövqaya yaşayış yerinin e.ə. VI–V minilliklərdə Şimali Mesopotamiya və Urmiya hövzəsi ilə Naxçıvan arasında iqtisadi və mədəni əlaqələrin genişləndiyini təsdiqlədiyini göstərir: "Abidədən aşkar olunan sadə və boyalı keramika nümunələri Ubeyd mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirir. Bu tapıntılar Urmiya hövzəsinin şimalı, Şərqi Anadolu və Naxçıvanı əhatə edən geniş ərazidə yeni arxeoloji mədəniyyət – Bülövqaya mədəniyyətinin formalaşdığını təsdiqləyən mühüm faktlar hesab olunur". 

Ekspedisiya rəhbərinin sözlərinə görə, əldə edilən nəticələr köçmə maldarlıqla məşğul olan tayfaların Naxçıvana doğru hərəkətinin Cənubi Qafqazın zəngin obsidian və mis yataqları, eləcə də bol otlaq sahələri ilə bağlı olduğunu göstərir:

"Araşdırmalar həmin tayfaların sənətkarlığın müxtəlif sahələri və mədənçiliklə də məşğul olduqlarını, eyni zamanda Naxçıvanda məskunlaşmış, Dalmatəpə mədəniyyəti ilə təmsil olunan tayfalarla qarşılıqlı əlaqələr qurduqlarını deməyə əsas verir".

Vəli Baxşəliyev qeyd edib ki, Bülövqayadan aşkar olunmuş arxeoloji materiallar ekspedisiyanın üzvü Elmar Baxşəliyev tərəfindən bərpa edilib.