Buraxılış imtahanında da xarici dil üzrə danışıq səviyyəsi yoxlanacaq

27 Aprel, 2026 - 17:16
Buraxılış imtahanında da xarici dil üzrə danışıq səviyyəsi yoxlanacaq

“Həm riyaziyyatda, həm tədris dilində rəqəmsal imtahanlara keçid etdikdən sonra xarici dil üzrə danışıq komponentini orta məktəbdə buraxılış imtahanında da yoxlayacağıq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. 

Sədr bildirib ki, hazırda xarici dil üzrə danışıq komponenti yalnız doktoranturaya qəbul imtahanında yoxlanılır: “Növbəti mərhələdə isə danışıq komponentini magistratura səviyyəsi üzrə imtahanda yoxlayacağıq. 

Daha sonra orta məktəbdə də danışıq komponenti yoxlanacaq, o da ilboyu bir sıra məktəb və mərkəzlərdə imtahanlar keçirildikdən sonra deyəcəyik ki, bəli, bu komponent üzrə şagirdlərimiz standartlara uyğun bilik və bacarığını nümayiş etdirə bilirlər, o zaman olacaq”.