Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

2 Mart, 2025 - 16:12
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

Bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər .