Çayların su ehtiyatlarının tədqiqi prosesində yeni metod təklif olunub

11 Dekabr, 2024 - 17:00

“Azərbaycan Respublikası üzrə 2007-2022-ci illər üçün faktiki hava temperaturu və yağıntı məlumatlarının təhlili nəticəsində çoxillik normaya nisbətən orta çoxillik temperaturda 1,20°C artım, yağıntının isə 26 mm-ə qədər azalması müəyyən edilib”.

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.

Qeyd edilib ki, institutun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsində yerinə yetirilən elmi-tədqiqat nəticəsində Böyük Qafqazın şimal-şərq yamacı çaylarında illik axım həcminin 15-20% və illik maksimal su sərflərinin azalması müəyyən edilib:

“Çayların su ehtiyatlarının tədqiqi prosesində zaman-məkan məhdudiyyətlərini və müşahidə məlumatlarından asılılığı aradan qaldırmağa imkan verən yeni metod təklif olunub ki, bu da istənilən təbii şəraitdə, o cümlədən ekstremal ərazilərdə su ehtiyatlarını qiymətləndirməyə  imkan verir”.