Dilçilik İnstitutunun Toponimika şöbəsinin adı dəyişdirilib

4 Fevral, 2026 - 10:53
Dilçilik İnstitutunun Toponimika şöbəsinin adı dəyişdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin adının dəyişdirilərək Onomastika adlandırılması haqqında olub.

Bu barədə "Azərbaycan müəllimi"nə AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki nitqində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qarşıya qoyduğu tapşırıqlardan irəli gələrək Akademiyada dərhal bir sıra addımlar atılıb. O qeyd edib ki, Toponimika şöbəsinin funksiyalarının genişləndirilməsi və adının dəyişdirilərək Onomastika adlandırılması atılmış addımların məntiqi davamıdır.