"Çempion olduğum üçün çox sevincliyəm" - MRİO2026-nın medalçıları 

24 İyun, 2026 - 19:15
"Çempion olduğum üçün çox sevincliyəm" - MRİO2026-nın medalçıları 

Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO2026) yüksək nəticələr göstərərək medal qazanan idmançılarımız sevinclərini “Azərbaycan müəllimi” ilə bölüşüb, gələcək hədəflərindən danışıblar. 

Şah İsmayıl Xətai adına 30 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədli cüdo üzrə çempionluq sevincini yaşayır:

"Çempion olduğum üçün çox sevincliyəm. Bu qələbə mənə gələcək idman karyeram üçün daha da böyük motivasiya verdi. Gələcəkdə idman karyeramı uğurla davam etdirmək və daha böyük nailiyyətlər qazanmaq istəyirəm. Bu uğurda üzərimdə əməyi olan hər kəsə, xüsusilə şəxsi məşqçim Vüsal İbrahimova və Əliş Yusifova dərin təşəkkürümü bildirirəm".

Olimpiadanın gümüş medalçısı olan Alışova Xəyalə də karyerasında peşəkar olmaq niyyətindədir. O, Abşeron rayonu Xırdalan şəhəri 11 nömrəli tam orta məktəbdə təhsil alır. 

"Yarışla bağlı təəssüratlarım çox əladır. Qalib gəldiyim üçün böyük fərəh hissi keçirirəm. Cüdo üzrə peşəkar idmançı olaraq irəliləməyi düşünürəm və karyeramı sonuna qədər davam etdirəcəyəm. Mənə bu yolda dəstək olan, motivasiya verən hər kəsə təşəkkür edirəm".

3 ildir ki, cüdo ilə peşəkar şəkildə məşğul olan və 50 kq çəki dərəcəsində yarışaraq 2-ci yerin qalibi olan Məhəmməd Həsənov da öz hisslərini bölüşür. Məhəmməd  Abşeron rayonu Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdidir. 

"Yarış zamanı çox həyəcanlı və sevincli idim. Bu gümüş medal mənim üçün böyük bir təcrübədir. İdman karyeramı mütləq davam etdirəcəyəm. Hədəfim növbəti yarışlarda bundan da yüksək nailiyyətlər əldə etmək və qızıl medala sahib olmaqdır".