Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib
Lənkəran-Astara regionunda bu gün keçirilən sertifikatlaşdırma imtahanında 192 müəllimin iştirakı nəzərdə tutulsa da, onların 184-ü imtahana qatılıb
"Azərbaycan müəllimi" xəbər verir ki, Masallı və Lənkəranda yerləşən 2 mərkəzdə sertifikatlaşdırmanın test imtahanı mərhələsi təşkil olunub.
Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.


