Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

8 Avqust, 2025 - 14:33
Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 
Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

“Peşə təhsili proqramlarını hazırlayarkən, ilk növbədə, əmək bazarının ehtiyaclarını nəzərə alırıq. Bu zaman bazarın iştirakçıları, yəni real işəgötürənlərlə birbaşa təmasda olub onların tələblərini əsas götürürük. Sevindirici haldır ki, artıq bəzi sahələrdə işəgötürənlər tərəfindən süni intellekt bacarıqları da tələblər siyahısına daxil edilir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov səsləndirib. 

O qeyd edib ki, yaxın illərdə peşə təhsilində süni intellektə dair modullar proqramların tərkib hissəsinə çevriləcək: “Artıq dünyanın bir çox inkişaf etmiş ölkəsində, xüsusilə qabaqcıl sənaye dövlətlərində peşə təhsili səviyyəsində süni intellektə dair ixtisas və ya təlim proqramları tətbiq olunmağa başlayıb. Bu da Azərbaycanda bu istiqamətdə atılacaq addımların nə qədər zəruri və vaxtında olduğunu göstərir”.