Ceyhun Kərəmov: “Böyük Qayıdış” çərçivəsində 711 nəfər məzun olub
““Böyük Qayıdış” çərçivəsində 2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə 42 ixtisas üzrə təşkil edilən qısamüddətli peşə təlimlərinin 711 nəfər məzunu olub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə söyləyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 633 təlim keçirilib.



