Ceyhun Kərəmov: “Yeni ixtisaslara yönələn peşə məktəblərində boş yerlər, demək olar ki, yoxdur” 

14 Yanvar, 2025 - 10:44
Ceyhun Kərəmov: “Yeni ixtisaslara yönələn peşə məktəblərində boş yerlər, demək olar ki, yoxdur” 
Ceyhun Kərəmov: “Yeni ixtisaslara yönələn peşə məktəblərində boş yerlər, demək olar ki, yoxdur” 

"Bu ilin dövlət büdcəsində peşə təhsilinə 82,2 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, son illərin ən müsbət trendlərindən biri peşə təhsilinə tələbə qəbulunun artımının davam etməsidir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, yeni ixtisaslara yönələn peşə təhsili müəssisələrində boş yerlər, demək olar ki, yoxdur: 

“Bir çox hallarda vətəndaşlar peşə təhsilinə marağın az olduğunu iddia etsələr də, rəqəmlər tamamilə fərqli bir mənzərə göstərir”.