“ChatGPT”də valideyn nəzarəti funskiyası olacaq
“İnsanları intihara sürükləyir” iddialarından sonra “OpenAI” “ChatGPT”yə yeni funksiyalar əlavə etmək qərarına gəlib. Beləliklə, dünyanın ən məşhur generativ süni intellekt vasitəsi olan “ChatGPT”də tezliklə “valideyn nəzarəti” funksiyası da olacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, “OpenAI”nin açıqlamasına görə, “ChatGPT” müəyyən edilmiş istifadəçiləri yadda saxlayacaq və fövqəladə hallar zamanı həmin şəxslə əlaqə yaradacaq. Ancaq bunun necə olacağı, eləcə də “ChatGPT”nin yeni funksiyasının nə vaxt əlçatan olacağı bəlli deyil. Amma şirkət bu funksiyanın ən qısa zamanda istifadəyə veriləcəyini bildirir.
“ChatGPT”nin yaradıcısı “OpenAI” bu nəzarətlərin platformanı uşaqlar üçün daha təhlükəsiz edəcəyinə inanır.



