Çin 3D çap texnologiyasından istifadə edərək bina inşa edib
Çinin Üç Dərə Universitetinin mütəxəssisləri 3D çap texnologiyasından istifadə edərək ikimərtəbəli binanın tikintisini başa çatdırıblar.
"Azərbaycan müəllimi" "Mira News"a istinadən xəbər verir ki, binanın xarici divarlarının yaradılmasında 3D çap texnologiyasından istifadə edilib. Ənənəvi üsullarla müqayisədə bu metod tikinti müddətini əhəmiyyətli dərəcədə azaldıb.
Binanın hündürlüyü 8 metr, ümumi sahəsi isə 100 m²-dir. 22 gün davam edən tikinti prosesinə cəmi 3 nəfər cəlb edilib. Konstruksiyaya 15 yükdaşıyan sütun daxildir.
Çinin tətbiq etdiyi bu yenilik müasir sənaye sahəsində inqilab yarada və istehsal proseslərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.



