Coğrafiyaçı məktəblililərimiz Moskvadan medallarla dönüblər

25 İyun, 2026 - 15:46
Coğrafiyaçı məktəblililərimiz Moskvadan medallarla dönüblər

19-22 iyun tarixlərində Moskvada təşkil olunan II Beynəlxalq Açıq Coğrafiya Olimpiadası (II International Open Geography Olympiad) şagirdlərimiz üçün uğurlu olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, 25 ölkədən 125 iştirakçının iştirak etdiyi olimpiadada məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.

Gümüş medal:
Məryəm Quluzadə – 14 nömrəli tam orta məktəb, 10-cu sinif

Bürünc medallar:
Yəhya Əhməd – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, 10-cu sinif
Məhəmməd Abdulla – Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi, 9-cu sinif