“Cüdo məktəblərdə” layihəsinə start verilib

23 Yanvar, 2026 - 14:55
“Cüdo məktəblərdə” layihəsinə start verilib

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə “Cüdo məktəblərdə” layihəsinə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində ACF və MÜTDA-nın, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Layihə çərçivəsində fiziki tərbiyə dərsləri zamanı IV, V və VI sinif şagirdlərinə cüdonun əsasları tədris olunur. Məşğələlər ACF-in beynəlxalq sertifikatlı məşqçiləri tərəfindən aparılır və dərslər zamanı məktəblilərə təhlükəsiz yıxılma texnikaları, ilkin hərəkət bacarıqları, tərəfdaşla işləmə vərdişləri, eləcə də yaş xüsusiyyətlərinə uyğun oyunlar vasitəsilə cüdonun əsas elementləri sistemli şəkildə öyrədilir.

Qeyd edək ki, layihənin məqsədi uşaqlarda gündəlik həyatda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, sosial bacarıqların inkişaf etdirilməsi, erkən yaşlardan cüdoya marağın artırılması və bu idman növünün kütləviliyinin genişləndirilməsidir. 