Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal

21 Aprel, 2025 - 10:45
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Ramin Abasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Ramin Abasov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Təhsilin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, Ramin Abasov 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal