Direktor və direktor müavinləri üçün imtahan keçirilib

24 Yanvar, 2026 - 13:42
Direktor və direktor müavinləri üçün imtahan keçirilib

Cari ildə keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət etmiş, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə imtahan keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər 120 dəqiqə ərzində fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığını cavablandırıblar.

Nəticələrlə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.