Direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıb
Şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 4-9 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 9 dekabr saat 12:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.


