Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

23 İyun, 2026 - 21:02
Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam (https://president.az/az/articles/view/72810) imzalayıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı da var.

Sərəncama əsasən, nazirliyin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin Risklərin idarəolunması sektorunun müdiri Anar Mirzəzadə, Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun baş məsləhətçisi Maral Salmanova, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun aparıcı məsləhətçisi Hökümə İbrahimova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. 

Əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.