Dövlət büdcəsindən təhsilə ayrılan vəsait 8,5 faiz artıb

13 Mart, 2026 - 11:20
Dövlət büdcəsindən təhsilə ayrılan vəsait 8,5 faiz artıb

2025-ci ilin dövlət büdcəsində təhsil bölməsi üzrə 4,94 milyard manat vəsait nəzərdə tutulub ki, bu da əvvəlki ilin təsdiq edilmiş təhsil büdcəsi ilə müqayisədə təxminən 8,5 faiz artım deməkdir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata əsasən, 2025-ci ildə təhsil xərclərinin ÜDM-də payı 3,8 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12,5 faiz təşkil edib.