Dövlət dəstəyi alan özəl bağçalarda müşahidə kameraları məcburi olacaq
Dövlət dəstəyi alan özəl bağçalarda müşahidə kameraları məcburi olacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığını əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu"nda öz əksini tapıb.
Qeyd olunub ki, müsabiqətə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin tədris otaqlarında müşahidə kameraları quraşdırılmalı, kameraların fasiləsiz işləməsi təmin edilməli və Elm və Təhsil Nazirliyinə giriş məlumatları təqdim olunmalıdır.




