Dövlət dəstəyi almaq istəyən özəl bağçalar 100 ballıq sistemlə qiymətləndiriləcək
Dövlət dəstəyi almaq istəyən özəl məktəbəqədər təhsil müəssisələri 100 ballıq qiymətləndirmə sistemi əsasında seçiləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu"nda öz əksini tapıb.
Sənədə əsasən, layihələr təhsil haqqının səmərəliliyi, təhsilalanların pedaqoji işçilərə nisbəti, pedaqoji heyətin ixtisas uyğunluğu, iş təcrübəsi, lisenziyanın davamlılığı və özünümaliyyələşdirmə potensialı kimi meyarlar üzrə qiymətləndiriləcək.
Qaliblər ən yüksək yekun bal toplayan layihələr arasından müəyyən ediləcək.




