Dövlət sifarişi ilə peşə təhsili alanların sayı artıb – STATİSTİKA
2022–2025-ci illər ərzində peşə təhsili üzrə dövlət sifarişi ilə qəbul olunanların sayı 15 379 nəfərdən 22 772 nəfərə yüksəlib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə məlumat verib.
Nazir müavini qeyd edib ki, təqdim olunan statistikaya əsasən, dövlət sifarişi üzrə qəbul son illər ardıcıl şəkildə artaraq 2022-ci ildə 15 379 nəfər olduğu halda, 2023-cü ildə 17 022, 2024-cü ildə 21 181, 2025-ci ildə isə 22 772 nəfərə çatıb.
Bildirilib ki, ödənişli əsaslarla qəbul göstəricilərində də müəyyən artım müşahidə olunur. Belə ki, 2022-ci ildə 3 664 nəfər olan bu göstərici 2023-cü ildə 3 541 nəfərə düşsə də, sonrakı illərdə yenidən yüksələrək 2024-cü ildə 3 642, 2025-ci ildə isə 4 249 nəfər təşkil edib.



