DP ilə mədəniyyət və incəsənət ixtisaslarında təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

13 Yanvar, 2026 - 11:45
DP ilə mədəniyyət və incəsənət ixtisaslarında təhsil almaq istəyənlərin

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üzrə yeni siyahı təsdiqlənib.

“Azərbaycan müəllimi”nin məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulan prioritet ixtisaslarla yanaşı, mədəniyyət və incəsənət sahəsi üzrə də xarici ali təhsil müəssisələri müəyyən edilib. Siyahıya bakalavriat və magistratura səviyyələri üzrə dünyanın nüfuzlu universitetləri daxil edilib.

Bu ali təhsil müəssisələri ABŞ, Birləşmiş Krallıq, Avstriya, İtaliya, Macarıstan, Norveç, Rusiya və Yaponiya kimi ölkələri əhatə edir. Siyahıda musiqi, teatr, kino və rəqs sahələri üzrə tanınmış ali məktəblər də yer alır.

Qeyd edək ki, Dövlət Proqramının əsas məqsədi gənclərin beynəlxalq səviyyədə keyfiyyətli təhsil almasına şərait yaratmaq və ölkəyə ixtisaslı kadrların qazandırılmasıdır.