DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI

24 İyul, 2026 - 15:39
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə

2026–2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na qəbul olanların əksəriyyəti Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, DP çərçivəsində bu il ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Onların 125 nəfəri bakalavriat, 353 nəfəri magistratura, 22 nəfəri isə doktorantura səviyyəsi üzrə təhsil alacaq.

Proqram iştirakçılarının 305 nəfəri Böyük Britaniya, 90 nəfəri Amerika Birləşmiş Ştatları, 23 nəfəri Avstraliya, 19 nəfəri Türkiyə, 17 nəfəri Çin, 13 nəfəri Sinqapur, 9 nəfəri İrlandiya, 9 nəfəri İtaliya, 4 nəfəri İsveçrə, 4 nəfəri Almaniya, 3 nəfəri Koreya Respublikası, 2 nəfəri İspaniya, 1 nəfəri isə Niderland universitetlərinə qəbul olunub.