“e-Qrant” portalı yenidən alimlərin istifadəsinə verilib

15 Oktyabr, 2024 - 16:10

"e-Qrant" - "Qrant layihələrinin Elektron İdarəolunması Sistemi"ndə aparılan texniki işlər artıq yekunlaşıb və portal yenidən alimlər üçün istifadəyə verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Elm Fondu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, alimlərimiz bütün növbəti layihələri portal vasitəsilə asan nömrə ilə qeydiyyatdan keçirə bilərlər.