Ədliyyə naziri: Hüquq təhsilinin inkişafı ilə bağlı işçi qrup yaradılıb
Ədliyyə və Elm və Təhsil nazirlikləri hüquq təhsilinin inkişafı ilə bağlı işçi qrup yaradıb.
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, məqsəd "Hüquq" ixtisasının inkişafı üzrə danışıqların aparılmasıdır:
"Hüquq təhsilinin inkişafı üçün tədbirlər davam etdirilməli, mərhələli şəkildə ciddi addımlar atılmalıdır. Uzun illərdir ki, təhsil proqramları dəyişmir. Hüquq nəzəriyyəsi dərslikdən tədris olunmur. Problem odur ki, hüquq təməl problemləri orijinal mənbədən oxunmalıdır. Hüquq fənləri üzrə müəllim heyətinə, xüsusilə tədqiqat aparan müəllimlərə ehtiyac var".



