Əlavə və ikinci ali təhsil üzrə oxuyan tələbələrlə görüş keçirilib

29 Yanvar, 2026 - 11:19
Əlavə və ikinci ali təhsil üzrə oxuyan tələbələrlə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) əlavə və ikinci ali təhsil proqramları üzrə təhsil alan tələbələrlə görüş təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşün məqsədi akademiyanın tədris imkanları, əlavə və ikinci ali təhsil formatında tədrisin təşkili və mövcud təhsil mühiti barədə iştirakçıları məlumatlandırmaq olub. Tədbir zamanı Əmək və Sosial Münasibətlər Akademiyasının missiyası, institusional inkişaf istiqamətləri, tədrisdə keyfiyyətin təminatı və əlavə təhsilin əmək bazarı ilə əlaqəsi barədə geniş  məlumat verilib.

Bununla yanaşı, həmçinin  ali təhsil ocağının  İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin fəaliyyəti xüsusi diqqətə çatdırılıb. Qeyd olunub ki, Mərkəz əmək bazarının tələblərinə uyğun olaraq yerli və beynəlxalq səviyyəli qısamüddətli kurslar, ixtisasartırma və sertifikat proqramları təşkil edir. Bu beynəlxalq kurslar müasir standartlara əsaslanır və iştirakçılara beynəlxalq təcrübəyə uyğun bilik və bacarıqlar qazandırır.

Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.