Əli Abbasov: Ölkəmizdə süni intellektin inkişafı xüsusi diqqət mərkəzindədir

26 Avqust, 2025 - 10:09
Əli Abbasov: Ölkəmizdə süni intellektin inkişafı xüsusi diqqət mərkəzindədir
Əli Abbasov: Ölkəmizdə süni intellektin inkişafı xüsusi diqqət mərkəzindədir

“Azərbaycan elmi son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm dövlət səviyyəsində, həm də texnoloji istiqamətdə elmin inkişafı davam edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikri Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov bu gün keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycanda süni intellektin müxtəlif, o cümlədən təbii dil texnologiyalarının inkişafı sahəsində mühüm işlər görülür:

“Tədbir çərçivəsində dünya elminin ən aktual məsələlərindən olan informasiya sistemləri ilə bağlı mövzular müzakirə olunacaq. Son illərdə ölkəmizdə müasir texnologiyalar və rəqəmsal inkişaf fonunda süni intellektin, eləcə də onun bir elm sahəsi kimi inkişafı xüsusi diqqət mərkəzindədir”.

Ə.Abbasov əlavə edib ki, bütün bu mövzular 200-dən çox yerli və beynəlxalq elmi ictimaiyyət nümayəndəsinin iştirakı ilə müzakirə ediləcək.