Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri ilə görüşüb
Fevralın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin təhsil naziri Sarah bint Yousef Al Amiri ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.



