Elm və təhsil naziri ICESCO-nun baş direktoru ilə görüşüb

23 May, 2025 - 09:33
Elm və təhsil naziri ICESCO-nun baş direktoru ilə görüşüb

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, nümayəndə heyəti ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.