Elm və təhsil naziri serbiyalı həmkarı ilə görüşüb

5 Fevral, 2026 - 09:18
Elm və təhsil naziri serbiyalı həmkarı ilə görüşüb

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.