Elm və təhsil naziri Vorvik Universitetində təhsil alan DP tələbələri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Dövlət Proqramı çərçivəsində Vorvik Universitetində təhsil alan tələbələrlə görüş keçirib.
Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Böyük Britaniyaya səfəri çərçivəsində reallaşıb.
Görüşdə tələbələrin akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.
Hazırda Vorvilk Universitetində DP çərçivəsində 20 azərbaycanlı tələbə təhsil alır. Onların 2-si bakalavriat, 18-i isə magistratura səviyyəsində təhsilini davam etdirir.
Qeyd edək ki, Vorvik Universiteti dünya reytinqlərində yüksək mövqelərdə qərarlaşıb. Böyük Britaniyanın aparıcı universitetləri sırasında yer tutan bu ali təhsil müəssisəsi xüsusilə iqtisadiyyat, biznes, riyaziyyat, kompüter elmləri, mühəndislik və beynəlxalq münasibətlər sahələrində güclü akademik nüfuza malikdir.



