Elm və Təhsil Nazirliyi ilə "Huawei" şirkətinin nümayəndələri yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər
Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində "Huawei" şirkətinin baş ofisində bir sıra görüşlər keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq imkanlarını, xüsusilə təhsilin idarəolunması üzrə innovativ həlləri, eləcə də şirkətin tədqiqat və inkişaf istiqamətində qazandığı qabaqcıl təcrübəni müzakirə ediblər.
"Huawei" şirkətinin nümayəndələri tərəfindən süni intellekt sahəsində son texnoloji yeniliklər, rəqəmsal transformasiya strategiyaları və bu istiqamətdə həyata keçirilən qlobal layihələr barədə ətraflı təqdimat edilib. Xüsusilə təhsil və elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində innovativ laboratoriyaların yaradılması, birgə tədqiqat proqramlarının təşkili, kadr hazırlığı və bilik transferi mexanizmləri müzakirə olunub.



