ETN ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
Aprelin 17-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan Tekstil Assosiasiyası” və “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyinin nümayəndə heyətləri ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə “Azərbaycan Tekstil Assosiasiyası”nın sədri Fəridə Axundova, “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyinin sədri Elnarə Nəhmədova, “AzEstetik Group MMC”nin direktoru Rəşad Qasımov iştirak ediblər.
Görüş çərçivəsində tekstil və gözəllik xidmətləri sahəsində peşə təhsili pilləsi üzrə tərəflər arasında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.



