Elmi dərəcəli imtahan nəzarətçilərinin sayı artıb
Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəzarətçilərinin 88.8 faizi ali təhsillidir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirilən tədbirdə deyib.
O bildirib ki, nəzarətçilərin 75 faizi bakalavr, 13.8 faizi isə magistr və ya daha yüksək elmi dərəcəli şəxsdir:
“Orta ixtisas təhsilli nəzarətçilərin sayı isə 11.2 faizdir. Magistr və elmi dərəcəli nəzarətçilərin sayı 2022-ci illə müqayisədə 6.8 faiz, 2023-cü illə müqayisədə 4.5 faiz, 2024-cü illə müqayisədə isə 1.9 faiz artıb”.



