Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına katib seçilib
Dekabrın 25-də Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) ilk iclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, iclasın açılışında çıxış edən Şura sədri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ETƏŞ-in fəaliyyətinin normativ-hüquqi bazası, əsas vəzifələri, hüquqları, fəaliyyət istiqamətləri və digər məsələlər barədə məlumat verib.
İclasda Şura üzvləri tərəfindən gündəlikdə duran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Keçirilən açıq səsvermə yolu ilə professor Əliyev Ələkbər Şuranın katibi seçilib.



