“Elmlə məşğul olan istedadlı gənclərimiz var” – Professor 

22 Yanvar, 2025 - 17:36
“Elmlə məşğul olan istedadlı gənclərimiz var” – Professor 
“Elmlə məşğul olan istedadlı gənclərimiz var” – Professor 

“Dünyanın müxtəlif ölkələrinin ali məktəb və elmi mərkəzlərində ölkəmizi uğurla təmsil edən dünyaşöhrətli alimlərimiz var. Bu alimlərin əksəriyyəti işlədiyi elmi mərkəz və universitetlərdə aparıcı alimlərdir”. 

Bu sözləri “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Türkiyənin İstanbul Ticarǝt Universitetinin professoru Abdulla Sofiyev bildirib. 

Onun sözlərinə görə, özünü Türkiyədə və Azərbaycanda sübut edən, özəlliklə tibb sahəsində bakalavr və doktorantura təhsilli məzunlar daha çoxdur. “Gənc uzman doktorlarımızın böyük əksəriyyəti geri dönərək Azərbaycanda uğurlu işlər görməkdədirlər. Mühəndislik sahəsində də uğurlu gənclərimiz var və Türkiyənin fərqli universitetlərini bitirdikdən sonra onların Azərbaycanda, ABŞ və Avropa ölkələri başda olmaqla dünyanın fərqli məşhur şirkətlərində üst səviyyə rəhbərlikdə və aparıcı mütəxəssis kimi çalışdıqlarını bilirəm”. 

A.Sofiyev əlavə edib ki, yetəri qədər məzunlarımız Türkiyədə müxtəlif sahələrdə çalışmaqdadırlar. “Elmlə məşğul olan istedadlı gənclərimiz var və onların elmi səviyyələri, aldıqları təhsil, cəmiyyətə verəcəkləri sosial töhfələr zaman keçdikcə daha da özünü büruzə verəcək. Elmdə uğura aparan yol uzun, keşməkeşli, çox məşəqqətlidir. Qısa vaxtda böyük uğurlar gözləmək doğru deyil. Bir şeydən əminəm ki, Azərbaycan istedadlar ölkəsidir və bu məmləkət çeşmənin büllur suyu kimi yenə də istedadlar yetişdirməyə davam edəcəkdir”.