Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar
“Artıq istənilən şəxs təhsilə dəstək üçün onlayn formada ianə verə bilər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov “TəhsilPlus” kartının təqdimat mərasimində deyib.
Elnur Nəsibov qeyd edib ki, Təhsilin İnkişafı Fondu (TİF) www.tif.edu.az saytında “İanə et” bölməsi aktivləşdirilib.
“Şəxslər həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma vasitəsilə ianə edə bilər. Donorlar ianənin məbləğini və istiqamətini seçərək TİF-ə dəstək göstərə bilərlər. Eyni zamanda, ianə verənlərə xüsusi “İanə sertifikatı” təqdim olunacaq”.



