Elvin Abbasov: Azərbaycan elmi birbaşa biznesdə tətbiq olunmalıdır

11 Fevral, 2026 - 13:31
Elvin Abbasov: Azərbaycan elmi birbaşa biznesdə tətbiq olunmalıdır

"Azərbaycan elmi birbaşa biznesdə tətbiq olunmalıdır".

"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan istehlakçı, yoxsa istehsalçı tərəf olduğunu seçməlidir:

"Biz elmi, biznesi, maraqlı tərəfləri bir platformaya toplamalıyıq. Tətbiq yoxdursa, elm də inkişaf edə bilməyəcək. Balansı düzgün formalaşdırmaq üçün bütün asılı tərəfləri düzgün təhlil etməliyik. Rəqəmsallaşan dünyada hər ölkənin, eləcə də Azərbaycanın öz üstünlüyü, gündəliyi var. Rəqəmsal konsepsiyada, süni intellekt sahəsində elmin böyük rolu var. Azərbaycan elmi birbaşa biznesdə tətbiq olunmalıdır. Universitetlər və biznes sahələri qarşılıqlı fəaliyyət göstərməlidirlər".