Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərlə bağlı təlim keçirilib  

24 Fevral, 2026 - 14:04
Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərlə bağlı təlim keçirilib  

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə “Əmək Məcəlləsində olan dəyişikliklər” mövzusunda təlim keçirilib.

ETİHİ Respublika Komitəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən təlim çərçivəsində iştirakçılara əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib, yeniliklərin tətbiqi mexanizmləri izah olunub və praktik məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Təlimdə ETİHİ Respublika Komitəsinin əməkdaşları və üzv təşkilatların sədrləri iştirak ediblər.