Əmək şəraiti və təhlükəsizlik niyə vacibdir?
Əmək şəraiti, təhlükəsizlik işçinin sağlamlığının qorunması və təhlükəsiz əmək mühitinin təmin edilməsi baxımından əsas amillərdəndir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məlumatında qeyd edilir ki, təhlükəsiz iş şəraiti xəsarət və peşə risklərini azaldır, əmək fəaliyyətinin keyfiyyətini yüksəldir.
Təhsil müəssisələrində əməyin mühafizəsi tələblərinə əməl olunması iş yerlərinin təhlükəsiz təşkili, texniki avadanlıqlardan düzgün istifadə və psixoloji rahat iş mühitinin yaradılmasını nəzərdə tutur.
Bu sahədə nəzarət və maarifləndirmə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyət istiqamətlərindəndir.



