Emin Əmrullayev Çinin ölkəmizdəki səfiri ilə görüşüb
Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mei ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələr, eləcə də gələcəkdə icrası nəzərdə tutulan birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.




