Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

5 Fevral, 2026 - 09:16
Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

Fevralın 4-də elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, eləcə də STEAM sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.