Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

8 Dekabr, 2025 - 10:11

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. 
 
Səfər zamanı Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüş keçirilib. 
 
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, tərəflər təcrübə və məlumat mübadiləsinin, hər iki ölkədə Azərbaycan və gürcü dillərinin tədrisinin davam etdirilməsi, universitetlərarası və STEAM sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən elm səhəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.